İsmayıl Vəliyevin kadrları hərəkətə keçib – Birinci müavin kim olacaq?

  • Bölmə: Region  
  • Tarix: 18 may 2020 [11:12]

Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 nəfər rüşvətə görə şübhəli şəxs qismində saxlanıldı.


Bizimesr.az "Bizimxeber"-ə istinadən bildirir ki, saxlanmış şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləridir. Həmçinin daha bir müavin Gültəkin Sadıqova vəzifədən uzaqşaldırılıb və istintaq altına alınıb.


Neftçala İcra Başçısı Kimlərdən Rüşvət Alıb?

 

-DTX Məlumat YAYDI ...


Martın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə rayona Mirhəsən Seyidov adlı gənc yeni icra başçısı təyin edilib. Rayondan gələn məlumatlarda bildirilir ki, hələlik rayondakı problemləri öyrənən, vətəndaşları dinləyən gənc icra başçısı, həmçinin şəhid ailələri ilə görüşür, onların problemlərini dinləyir.


Amma iki aydan artıqdır ki, rayona başçı təyin edilsə də, müavinlərin təyinatı nədənsə gecikir. Bu hal isə birinci müavin postu uğrunda mübarizənin daha da qızışmasına rəvac verib.
Bizimxeber.az-a daxil olan məlumata görə, mübarizə həbs edilən icra başçısı İsmayıl Vəliyevin dövründən icra hakimiyyətində vəzifə tutan şəxslər və Təhsil şöbəsinin müdiri Əjdər Kərimova yaxınlığı ilə seçilən məktəb direktorları arasında gedir.


Məlumatda bildirilir ki, bu şəxslərin çoxu İsmayıl Vəliyevin korrupsiya maşınının əsas detalları olsalar da, həbsdən yaxa qurtara biliblər. Eyni zamanda postlarını qorumağı da bacarıblar və indi yeni icra başçısı Mirhəsən Seyidovun yanında yüksək mövqe tutmağa çalışırlar.


Rayonda gəzən söz-söhbətlərə görə, gənc icra başçısı bu şəxslərlə yeni tələblərə uyğun fəaliyyət göstərə bilməyəcək. Onun verdiyi tapşırıqlar ya lazımi qaydada yerinə yetirilməyəcək, ya da müxtəlif üsullarla sabotaj ediləcək.


Bizimxeber.az-a danışan sakinlər hesab edir ki, Mirhəsən Seyidov kadr seçimində kifayət qədər diqqətli olmalıdır. Nəzərə aslaq ki, bu şəxslər uzun illər Taleh Qaraşov və İsmayıl Vəliyevin qaydaları ilə işləyiblər. Onları yeni tələblərə uyğunlaşdırmaq o qədər də asan olmayacaq. Hətta mümkündür ki, yeni icra başçısının gənc olmasından istifadə edib onu tələyə də salsınlar. 


Gənc icra başçısı ola bilsin ki, bu şəxsləri tanımasın, onların fəaliyyəti barədə xəbərdar olmasın. Amma unutmaq olmaz ki, bu gün rayon icra hakimiyyətində çalışan və ya müavin olmaq üçün mübarizə aparan şəxslərin əksəriyyəti İsmayəl Vəliyevin korrupsiya dəyirmanına su töküblər. Uzun illər onun əməllərinə göz yumublar və susublar. Məhz bu susqunluq və qorxaqlıq İsmayıl Vəliyevin uzun illər korrupsioner məmur kimi fəaliyyət göstərməsinə şərait yaradıb. 


Bu şəxslərin indi yeni və gənc icra başçısı Mirhəsən Seydiovu üzük qaşı kimi əhatəyə almaları heç də yaxşı gələcək vəd etmir. 
Məlumat üçün bildirək ki, hazırda başçının birinci müavini, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, müavin- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələri vakantdır.


Загрузка...


Oxunub: 17410 dəfə