Nalbandyan aprel döyüşlərinə görə sorğuya çəkiləcək

  • Bölmə: Dünya  
  • Tarix: 20 may 2020 [14:03]

Ermənistanın keçmiş xarici işlər naziri Edvard Nalbandyan aprel hərbi əməliyyatlarının araşdırılması üzrə Komissiyanın iclasında iştirak etməyə razılıq verib.


Bizimxeber.az “Aravot”a istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri, "Mənim addımım" fraksiyasının deputatı Andranik Koçaryan bildirib. 


"Biz bu format üzərində işləyirik və iclas 26-sı, ya da bu ayın 27-də təyin olunacaq. Nalbandyanın bizim araşdırmada iştirak etməsi dəqiqdir", – deyə o bildirib. 


Bako Saakyanın dəvət edilməsinin mümkünlüyünə gəlincə, Koçaryan bu barədə belə deyib: "Əgər Komissiyanın Arsax Prezidentinə sualları olarsa, Bako Saakyan cavab verməyə hazır olduğunu dəfələrlə bildirib. Mənim də ona şəxsən bir neçə sualım var".


Загрузка...


Oxunub: 14210 dəfə