Kamran Əliyev iki generalı təqaüdə göndərdi

  • Bölmə: Siyasət  
  • Tarix: 21 may 2020 [10:32]

Baş Prokuror Kamran Əliyevin sərəncamı ilə iki general tutduğu vəzifədən azad edilib.


Bizimxeber.az bildirir ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Sabir oğlu Usubov və Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əli oğlu Əsgərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 


Rüstəm Usubovun yerinə Elmar Camalov, Namiq Əsgərovun yerinə isə Elçin Məmmədov təyin olunub.


Həmçinin Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbov isə Baş Prokurorun müavini və Baş prokuror yanında Korrupsiyaya qarşı baş Mübarizə İdarəsinin rəisi təyin olunub.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata bildirib ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.


Загрузка...


Oxunub: 9350 dəfə