Tramp Covid-19 qurbanlarının xatirəsinə bayraqları endirməyi əmr edib

  • Bölmə: Dünya  
  • Tarix: 22 may 2020 [13:44]

ABŞ prezidenti Donald Tramp koronavirusdan vəfat etmiş amerikalıların xatirəsinə ölkə ərazisində bayraqları endirməyə göstəriş verib.


Bizimesr.az xəbər verir ki, bu barədə Amerika lideri, mayın 21-də öz "Tvitter" hesabında yazıb.


"Mən koronavirus səbəbindən itirdiyimiz amerikalıların xatirəsinə növbəti üç gün üçün bütün federal binalarda və milli turistik yerlərdə bayraqları endirəcəyəm", - deyə Tramp öz səhifəsində yazıb.


Qeyd edək ki, həmçinin mayın 25-də bayraqların endirilməsi müharibələrdə həlak olanların xatirəsinə həsr olunacaq.


Загрузка...


Oxunub: 13230 dəfə