Dağıstan meşələrində “Endirey bandası”nın ələ keçirilməsi üçün əməliyyat

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları meşədə gizlənmiş bir qrup döyüşçünü təqib edirlər. 


Bizimesr.az xəbər verir ki, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Onun sözlərinə görə, mayın 22-nə keçən gecə Xasavyurt rayonunun Goksuv kəndi yaxınlığında “Endirey bandası”nın üzvləri aşkarlanıb.


Hazırda hüquq-mühafizə orqanları meşə massivində “darama” əməliyyatını həyata keçirməkdədir. Hələ ki, tərəflər arasında silahlı toqquşma olmayıb. Məlumata əsasən, Xasavyurt rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.


Загрузка...


Oxunub: 20850 dəfə