İtaliya Şengen ölkələri üçün sərhədləri açdı

  • Bölmə: Dünya  
  • Tarix: 3 iyn 2020 [17:29]

Baş nazir Cüzeppe Kontenin mayın 16-da İtaliyada verdiyi son qərara əsasən tətbiq olunan ciddi karantin tədbirləri bu gündən etibarən rəsmi olaraq ləğv edilib.

 

İtaliya yeni növ koronavirus tədbirləri çərçivəsində tətbiq olunan bölgələrarası səyahət məhdudiyyətləri ləğv edilib, Avropa İttifaqı və Şengen ölkələri üçün sərhədlərini açıb.


Avropada epidemiyanın ən çox zərə vurduğu İtaliyada 10 mart tarixindən etibarən həyata keçirilən karantin tədbirləri nəticəsində bağlı olan qatar xidmətləri və 23 hava limanı da ölkə daxilində açılıb.


Paytaxt Romanın yerləşdiyi Lazio bölgəsi 37,5 dərəcədən yuxarı qızdırmalı insanları qəbul etmədiyi halda, Sardinya adasının rəhbərliyi adaya gələnlərin qeydiyyata alınmasını tələb edib.
Qeyd edək ki, səyahət məhdudiyyətinin ləğv edilməsi ilə ölkənin cənubundakı Messina Boğazından keçərək Siciliyaya çatmaq istəyənlərin olduğu görülüb./sonxeber/


Загрузка...


Oxunub: 24350 dəfə