Əli İnsanovdan sensasion açıqlama: “İnsanların 80 faizində koronavirus var”

  • Bölmə: Maraqlı  
  • Tarix: 12 iyn 2020 [10:00]

"Koronavirus yeni deyil, 40-a yaxın növü var. İlk dəfə 1965-ci ildə respirator xəstəlik keçirmiş insanda aşkarlanıb. Axtarsaq, görərik ki, bu xəstəlik insanların çoxunda var. Bəlkə də əksəriyyətində... Testlər insanların 80 faizində anti-telləri aşkar edir. Moskvada araşdırma aparılıb, bir müəssisənin əməkdaşları yoxlamadan keçiblər, onların 34 faizinin özləri də bilmədən bu xəstəliyə yoluxduqları məlum olub. Onlarda koronavirusun anti-tellərini tapıblar. Deməyim odur ki, xəstəlik yüngül və ağır formada keçə bilər. Bu xəstəlik bəzən hiss edilmir. Bunu qriplə eyniləşdirmək düzgün deyil. Qrip gün ərzində 10 nəfəri, koronavirus isə çox təhlükəli virusdur, 30-40 nəfəri yoluxdurur”.

 

Bizimxeber.az "pravda.az"-a istinadən xəbər verir ki, bu iddia ilə Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.


Xatırladaq ki, Əli İnsanov Parisdə Ümumdünya Ağciyər Xəstəlikləri İttifaqının (1987), Avropa pulmonoloqları Elmi Cəmiyyətinin (1988), Amerikada Ümumdünya Biotexnologiya Elmi Cəmiyyətinin və Avstriyada Ümumdünya Tibb Akademiyasının üzvü (1994) seçilmişdir. Əməkdar elm xadimidir. Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"in və yerli təbii dərman bitkilərindən hazırlanmış "İnsanov bronxolitiki"nin müəllifidir.


1998-ci ildə Sankt-Peterburqda səhiyyədə islahatlara həsr olunmuş Beynəlxalq Konfransın qızıl medalına layiq görülmüşdür.


Загрузка...


Oxunub: 58090 dəfə