Zənginlər üçün vergilər artırılır

Böyük Britaniyanın Maliyyə Nazirliyi ən böyük özəl banklar və aktivlərin idarə olunması şirkətləri ilə zəngin vətəndaşlar üçün vergiləri artırmaq imkanını müzakirə edib.


Bizimesr.az xəbər verir ki, bu barədə “Reuters”  Krallığın bank sektorundakı bir neçə mənbəyinə istinadən məlumat verib.


Bundan başqa, qurum varlı britaniyalıların kronavirusla bağlı vəziyyətə görə, dövlət yardım paketlərinə vəsait ayırmasına cəlb edilməsi imkanını nəzərdən keçirib.
Agentlik xəbər verir ki, Maliyyə Nazirliyi bu cür hərəkətlərlə ehtiyatları tükənmiş dövlət xəzinəsini doldurmağa hazırlaşır. Qeyd olinub ki, əhaliyə dəstək tədbirləri və COVİD-19 ilə bağlı xərclər Böyük Britaniyaya 133 milyard funt sterlinqə (11,7 trilyon rubl) başa gələcək.


Buna görə, hökumət əmanətlər vergisi, kapital artımı vergisi, ƏDV-ni və ya əmlak vergisini artırmağı düşünür.Xatırladaq ki, iyunun 12-nə olan məlumata görə, Böyük Britaniyada COVİD-19-a 292,9 mindən çox insan yoluxub, 41,4 min vətəndaş dünyasını dəyişib. Ölkə yoluxmuş şəxslərin sayına görə dünyada beşinci yerdədir.


Загрузка...


Oxunub: 58610 dəfə