Xalq artistinə bağ evi HƏDİYYƏ verildi - FOTO

Xalq artisti Elmira Rəhimovaya bağ hədiyyə edilib.


Bunu aparıcı Nanə Ağamalıyeva "Şou ATV"də açıqlayıb.


Qeyd edək ki, iki ay bundan qabaq ATV-də yayımlanan "Həyat gözəldir" proqramında qonaq olan Xalq artisti Elmira Rəhimova bağ evinin olmasını istəmişdi: "Şəkər xəstəliyindən əziyyət çəkirəm. Təzyiqim qalxır. Qalxanda da bədənim əsməyə başlayır. Həkimlərin yazdığı bütün dərmanları vaxtlı-vaxtında qəbul edirəm. Bütün günüm evdə keçir. Mənzilimin iki eyvanı var. Eyvana çıxıb həm hava alıram, həm də orada gəzirəm. Bağım olsaydı, oturardım orada. Bağın havası başqadır, eyvanın başqa"./milli.az/

 

Xalq artistinə ÇOX BAHALI HƏDİYYƏ verildi - 2 ay əvvəl etdiyi arzusuna çatdı - FOTO


Загрузка...


Oxunub: 61570 dəfə