Üst koronavirusu müalicə edən ilk dərmanın adını açıqladı

  • Bölmə: Siyasət  
  • Tarix: 17 iyn 2020 [11:28]

“Koronavirusun müalicəsində elmi irəliləyiş var”.


Bizimesr.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhan Gebreyesus məlumat verib.  O bildirib ki, ingilis alimləri COVİD-19-dan müalicə üçün nəzərdə tutulmuş "deksametazon" preparatının uğurlu klinik sınaqlarını başa çatdırıblar. 


Deksametazon, ağ ciyərlərin süni ventilyasiyası aparatlarına qoşulmuşdur koronavirus xəstələrinin ölüm riskini 35 faiz, oksigen alan xəstələrin isə ölüm riskini 20 faiz azaldır. Gebreyesusun sözlərinə görə, deksametazon - oksigenlə müalicə və ya ağciyərin süni ventilyasiyasına ehtiyacı olan COVİD-19 xəstələri arasında ölüm səviyyəsinin azalmasını göstərən ilk dərmandır.


Lakin, Telegram kanalı "Podyom" nəşrinə istinadən bildirir ki, Misir "COVİD-19" a qarşı preparatın yaradılmasında britaniyalıların birinciliyinə etiraz edib. Misir Səhiyyə Nazirliyi bildirib ki, onlar COVİD-19 un müalicəsində bu dərmandan çoxdan istifadə edirlər. Sadəcə bu barədə birinciliyə iddia etməyiblər.


Böyük Britaniyada deksametazonun qablaşdırılması təxminən beş funt sterlinq təşkil edir. Digər ölkələrdə onun qiyməti daha azdır: məsələn, Hindistanda onu 1 dollara satırlar.


Загрузка...


Oxunub: 12930 dəfə