Sarukyan Paşinyanı devirə biləcəkmi? - Ermənistan çalxalanır...

"Vahid Rusiya" nın tərəfdaşı, kazino sahibi, hökumətin opponenti olan milyarder Qagik Sarukyan kimdir? 


Bizimxeber.az bildirir ki, Ermənistanda ciddi siyasi gərginlik yaranıb. Ermənistanda rejimin dəyişiklikləri baş versə də milyarder Qagik Sarukyan parlamentdə, biznesdə, fraksiyada, telekanalda və ən əsası "Vahid Rusiya"nın tərəfdaşı statusunu qoruyub saxlaya bilib. Lakin son iki ildə onun siyasi partiyası və şirkətləri cinayət araşdırmaları mərkəzindədir. Dünən isə biznesmen deputat toxunulmazlığını itirib və həbs olunub.


Ermənistanın ən varlı adamlarından biri sayılan Sarukyan və hakimiyyət arasındakı mübarizə fonunda, hakimiyyət və müxalifət arasında informasiya müharibəsi, siyasi təqib və küçə aksiyaları, eləcə də güc strukturları rəhbərlərinin dəyişməsinin şahidi oluruq. Həmçinin biznesmen deputatın MTN-də doqquz saatlıq dindirilməsi, evində aparılan axtarışlar və nəticədə tərəfdarlarının etirazları baş qaldırdı. Polis 250-dən çox insanı həbs etdi.
Bu arada müxalifət iddia edir ki, Sarukyan iyunun əvvəlində hökuməti tənqid edərək istefasını tələb etdiyi üçün Paşinyanın qəzəbinə tuş gəlib. Lakin Baş nazir Nikol Paşinyanın mətbuat katibi və hakim partiyanın nümayəndələri iddia edirlər ki, Sarukyan öz cinayətlərini və hazırlanan ittihamları bildiyi üçün siyasi təqib görüntüsü yaradaraq səs-küylü bəyanatlar verirdi.

 

 


Bazar günü Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTŞ) ona qarşı bir neçə maddə ilə cinayət işinin açıldığını bəyan edib. Birincisi, 2017-ci il parlament seçkilərində seçicilərin səsləri qarşılığında rüşvət verilməsi. Bu məsələdə Sarukyanın "Çiçəklənən Ermənistan" Partiyasından şübhələnilir.
Sarukyana məxsus şirkətlərin lisenziyasız işləməsi, vergilərin ödənilməməsi və torpaq sahələrinin mənimsənilməsi faktlarına görə ittiham olunur. 
İlkin istintaq təhqiqatı nəticəsində dövlətə dəyən birbaşa zərərin təxminən 30 mlrd. erməni dramı (təxminən 62 mln. dollar) olduğu ortaya çıxıb. Dolayı yollarla biznes fəaliyyəti isə (araşdırılmayan) daha yüksək rəqəmlərdən xəbər verir. Sarukyan isə bütün ittihamları rədd edir, siyasi təqib qurbanı olduğunu iddia edir və sona qədər mübarizə aparacağını bildirir.

 

 


 
"Vahid Rusiya" ilə dostluq - Paşinyanla konflikt

 


Sarukyan hətta postsovet siyasəti üçün də ekstravaqant xarakter daşıyır. Keçmişdə peşəkar armrestler olmuş Sarukyan özünü Donald Trampla müqayisə edir, aslanları və digər ekzotik heyvanlar saxlayır, populist partiyaya rəhbərlik etməklə Moskva və Londonda müttəfiqlərinin sayını artırır. Öz biznesini inkişaf etdirən biznesmen bu yaxınlarda - avtosalonlara, telekanala, pivə zavoduna, kazinoya və digər ənənəvi bizneslərinə nəhəng Bitcoin təsərrüfatını əlavə edib. 

 

 


Bundan başqa, Sarukyanın "Çiçəklənən Ermənistan" partiyası "Vahid Rusiya"nın köhnə tərəfdaşıdır. Hətta İrəvanda hakimiyyət dəyişikliyi də ona hec bir təsir göstərməyib.
Məlumata görə, Dumanın “Yedinorosov” fraksiyasının lideri Sergey Neverov 2018-ci ildə Moskvada Sarukyanı qəbul edib. 2019-cu ilin fevralında partiya nümayəndələri qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında protokol imzalayıb. Rus siyasətçilərinin İrəvana səfəri zamanı Sarukyan Rusiya hakimiyyətini çoxillik və sadiq tərəfdaş adlandırıb.
Paşinyanla Sarukyanın köhnə ədavəti...

 


O zamanki müxalif jurnalist Paşinyanla Sarukyan arasında münaqışənin tarixçəsinin başlanğıcı illər əvvələ təsadüf edir. Belə ki, onların ilk toqquşması 2004-cü ildə Paşinyanın "Niva" avtobobilinin partlaması ilə bağlıdır. Jurnalist Paşinyan, guya onun məqaləsindən narazı olan Sarukyanı ona qarşı sui-qəsdə ittiham etmişdi. Təbii ki, bu zaman Sarukyan ittihamları inkar etmişdi.
Növbəti onilliyi siyasətçilər barrikadanın müxtəlif tərəflərində keçiriblər. Paşinyan sərt müxalifətdə qalır, Sarukyan isə öz biznes imperiyasını inkişaf etdirirdi. Dəyişən administrasiyalar fonunda Sarukyanın partiyası bəzən Rusiya Dövlət Dumasında LDPR-in mövqeyinə bənzər rahat sistem müxalifəti rolunu oynayırdı.


Lakin siyasətçilər 2018-ci ildə barışığ masasına oturdular və Sarukyanın fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini dəstəklədi və Serj Sarkisyan rejiminin dəyişməsində həlledici rol oynadı. Bunun nəticəsində Sarukyanın  partiyasının üzvləri müvəqqəti hökumətdə nazir portfellərinə sahibləndilər.


Lakin bu ittifaq uzun sürmədi. Bir neçə aydan sonra Sarukyan fraksiyası əksinqilabi təşəbbüsü dəstəklədi və onun üzvləri nazir portfellərini itirdi. Bununla yanaşı, biznesmen özü də keçmiş rejimin bəzi digər xadimlərinin taleyini yaşamalı oldu və cinayət təqibinə məruz qaldı. Paşinyan şəxsən Sarukyanın nəhəng bitcoin təsərrüfatının açılışında iştirak etdi. Baxmayaraq ki, o, “cryptocurrency” istehsal texnologiyasını tam başa düşmədiyini etiraf edirdi.

 

 

 

 

 

 


Tərəfdarlarının bir hissəsinin tələbinə baxmayaraq, Paşinyan Sarukyana qarşı çıxmağa tələsmirdi. 2018-ci ilin dekabrında keçirilən seçkidə biznesmenin partiyası 8% səslə ikinci dəfə parlamentdə ona 26 kreslo qazandırdı. Sarukyan tənqidlərə yol verən, lakin sərhədləri bilən sistemli müxalifətçi mövqeyinə qayıtdı.


Acınacaqlı barışıq təxminən bir il yarım davam etdi və birdən sona çatdı. 5 iyun tarıxındə iş adamı hökumətin işinin nəticələrini uğursuzluq kimi qiymətləndirərək istefa tələb edən bəyanatla çıxış etdi. Üç gündən sonra Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu qəzet Sarukyanın kütləvi zorlamaya görə ittiham olunduğu 1979-cu ilin cinayət işinin materiallarını dərc etdi. Amma məqalədə Sarukyanın bəraət hökmü aldığı qeyd olunmadığı üçün onun vəkilləri təkzib verməsini tələb etdilər. Lakin təkzib olmadı.


Bazar ertəsi isə artıq Sarukyanın kazinoları, şəxsi avtomobil parkındakı bahalı maşın kolleksiyası, digər biznesləri və evində axtarışı barədə MTN  iki video yayımladı. Dərhal ardından Sarukyanın deputat toxunulmazlığından məhrum edilməsi barədə Baş Prokurorluğun vəsatəti parlamentin gündəliyinə daxil edildi.
Biznesmen isə dərhal özü "facebook" da tərəfdarlarına müraciət etdi. Müraciətin mətni belə idi - : "Problemləri həll etmək və mürəkkəb vəziyyətdə real iş görmək əvəzinə Hökümət nə edir?  Opponentləri qorxutmaq yolunu seçib?".


Bizimxeber.az-ın analitik qrupu


Загрузка...


Oxunub: 22950 dəfə