...düyməni basa bilmirəm” - Nigar Arpadarai

  • Bölmə: Siyasət  
  • Tarix: 19 iyn 2020 [14:23]

“Rəqabətdə çətinlik çəkirəm, düyməni basa bilmirəm”. Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarovayla deputat Nigar Arpadarai arasında maraqlı dialoq baş tutub.


Bizimxeber.az“ xəbər verir ki, deputat N.Arpadarai çıxış üçün spikerdən bir dəqiqəlik vaxt istəyib: “Mən həmkarlarımla rəqabət aparmaqda çətinlik çəkirəm. Yəni çıxış üçün düyməni vaxtında basa bilmirəm, ona görə gecikirəm. Xahiş edirəm ki, mənə 1 dəqiqəlik söz verin”.


Spiker isə deputata belə cavab verib: “Mən başa düşürəm rəqabət nə deməkdir, burada çox təcrübəli insanlar var. Buna görə də sizə söz verirəm, çünki səmimi danışdınız”. N.Arpadarai çıxışında həkimlərin sosial sığortası ilə bağlı məsələni gündəmə gətirib.


Загрузка...


Oxunub: 14930 dəfə