Rusiyada azərbaycanlı “qanuni oğru” həbs olundu

  • Bölmə: Hadisə  
  • Tarix: 19 iyn 2020 [15:35]

Dağıstanda DİN, FSB və FSİN əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində, federal axtarışda olan və cinayətkar iyerarxiyasında yüksək mövqe tutmaqda ittiham olunan 40 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. 

 

Bizimesr.az xəbər verir ki, bu barədə "Lenta" Daxili İşlər Nazirliyinin Bryansk vilayəti üzrə idarəsinə istinadən məlumat verib.

 

İstintaqın məlumatına görə, Bryansk vilayəti ərazisində saxlanılan şəxs Bryansk vilayəti üzrə "polojenets" kriminal statusuna malikdir. Kriminal aləmin qaydalarına əsasən, bu status cinayət mühitinin bütün "aşağı" üzvlərini onun göstərişlərinə və sərəncamlarına tabe olmağa məcbur edir. Tutulan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1 maddəsinə ("cinayət iyerarxiyasında yüksək mövqe tutması") əsasən saxlanılıb.


Onun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.


Məlumata əsasən həmin şəxs,  Azərbaycan respublikasının vətəndaşı Ləki qəsəbəsinin (Ağdaş rayonu) sakini İsmayılov Qəzənfər Əzizağı oğludur və o kriminal mühitdə Qazi Bryanski və ya Maq Bakinskiy kimi tanınır.


Загрузка...


Oxunub: 49050 dəfə