Rusiya çimərlikdə maska taxmamağa icazə verdi

  • Bölmə: Dünya  
  • Tarix: 19 iyn 2020 [15:53]

Rusiyalılara çimərlikdə istirahət edərkən maska taxmamağa icazə verilib. 

 

Bizimesr.az xəbər verir ki, bunu iyunun 19-da "Rossiya-1" telekanalında Rosturizm rəhbəri Zarina Doquzova "60 dəqiqə"proqramının efirində deyib.


O qeyd edib ki, koronavirusun yayılması ilə bağlı hazırkı vəziyyət "hələ ki, istirahətin məhdudiyyət olmadan keçirilməsi barədə danışmağa imkan vermir", lakin onlardan bəzilərini  yumşaltmağa qərar verilib.


"Bizim artıq ayrı-ayrı regionlar üzrə qaydalarımız təsdiq edilib, çimərliyə maska olmadan getmək olar", - deyə Doquzova bildirib.


Rosturizm başçısının sözlərinə görə, koronavirusa yoluxmuş qonaqlar aşkarlanarsa, Rusiya mehmanxanaları və sanatoriyaları rəsədxanalara çevirməyəcəklər.


Qeyd edək ki, daha əvvəl Doguzova, Rusiyada kurort mövsümü tam həcmdə iyulun 1-dən başlayacağını bəyan etmişdi. Onun sözlərinə görə, iyun ayında turizm infrastrukturlarının hazırlanacaq. Lakin tam  fəaliyyət göstərməsə də əvvəl "yumşaltma" ilə müşahidə olacaq. Növbəti aydan etibarən isə ruslar ölkədə sərbəst səyahət edə biləcəklər.


Загрузка...


Oxunub: 19050 dəfə