Səudiyyə Ərəbistanı və Myanma Utanc siyahısı”na daxil edilsin - TƏLƏB

  • Bölmə: Dünya  
  • Tarix: 23 iyn 2020 [12:52]

24 qeyri-kommersiya təşkilatları (QHT-lər), o cümlədən Huyman Rayts Votç və Beynəlxalq Amnistiya qurumları Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib.

 

Bizimesr.az “TRT haber”ə istinadən xəbər verir ki, müraciətdə Səudiyyə Ərəbistanı və Myanma ordusunun  yenidən "utanc siyahısına" əlavə edilməsi tələb olunub.


Məlumata əsasən,  24 hüquq müdafiə təşkilatı və QHT-nin birgə bəyanatında BMT-nin Baş katibi Antonio Quterresdən, Yəməndə uşaqların həlak olmasında ittiham edilən  Səudiyyə Ərəbistanını və uşaqlardan istifadə edən Myanma ordusunu "qara siyahı"dan çıxarılması məyusluğu ifadə edilib.


Bəyanatda təşkilatlar, Səudiyyə Ərəbistanının Yəməndə keçən il 222 uşağın əlilliyinə görə məsuliyyət daşıdığını, Myanma ordusunun isə 200-dən artıq uşaqdan əsgər kimi istifadə etməsinə baxmayaraq, BMT-nin bu ölkələri “utanc siyahısı”ndan çıxarıldığını bəyan edən Quterresə, Səudiyyə Ərəbistanı və Myanma ordusunu yenidən "utanc siyahısına"əlavə etməyə çağırıb. 


Загрузка...


Oxunub: 63830 dəfə