“Qarabağ” üçün Polşa və ya Kosovo çempionu

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

UEFA-nın mənzil qərargahında gedən püşkatmadan sonra “Qarabağ”ın pley-offda “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacağı bəlli olub.

“Qarabağ” bu cütün qalibi ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off isə oktyabrın 1-də keçiriləcək. Mərhələlər bir oyundan ibarət olacaq.

Bizimesr.az


Загрузка...


Oxunub: 48720 dəfə