İşləmək üçün yaşamalı, yoxsa yaşamaq üçün işləməli?

  • Bölmə:
  • Tarix: 24 noy 2015 [18:44]

Emin Ələkbərov

Günlər, aylar, illər və ömrümüz... Baxbeləcə günlərimiz çox sürətlə keçir. Başımız qarışır qayğılarımıza və bir də görürük ki, axşamdır, istirahət, yatmaq vaxtıdır. Çünki, səhər açılacaq və yenidən qayğılarımızla məşğul olacayıq. Yenə də səhər açılır, iş-güc və yenə axşam düşür... Özümüzü dərk edəndən planlarımızı, xəyallarımızı gerçəkləşdirməkdən ötrü yola çıxırıq və həyatda bizə bəxş edilən vaxtdan səmərəli istifadə etmirik. Elə vaxtımızı da ən çox aparan maddi problemlərimizdir. Pul qazanmaq və onu xərcləmək. Necə deyərlər, çox qazan, çox xərclə... Bunun da səbəbi düşüncəmizdə rahatlıq içində yaşamaqdır. Hər bir şeyim olsun beş günlük dünyada rahat yaşayım. Amma düşünmürük ki, bu qədər rahatlığı əldə etmək və onu davamlı saxlamaq üçün də zəhmət çəkməliyik. Bütün bunları qazanmaq üçün həddindən çox vaxt və enerji sərf edirik. Çox zəruri olmayan məsələlərə vaxtımızı çox ayırırıq və nəticədə yoruluruq. Halbuki sadə vasitələrlə də həyat məqsədimizə çata bilərik. Bəzən düşünürəm ki, biz niyə məqsədimizə getmək üçün bu qədər cəhd edirik ki? axı onsuzda bunları tamamlamağı və rahat yaşamağı düşünən zaman ömrümüz başa çatır. O zaman əlimizdə nə qalır, rahatlq yoxsa qazandığmızı bü dünyaya qoyub getmək?!..

İki həftə bundan öncə təsadüfən bir araşdırma ilə rastlaşdım. Həmin araşdırmada deyilir ki, insan ölüm anında əsas “5” mövzuda peşmançılıq çəkir:

1- Kaş ki, başqalarının məndən istədiyi həyatı yaşamaqdansa xəyallarımı gerçəkləşdirməyə cəsarətim olaydı. Yəni, insanlar ölüm anına yaxınlaşarkən geriyə baxıb görürlər ki, xəyalını qurduqları çox şeyi həyata keçirməyiblər və buna görə də peşman olurlar.

2- Kaş ki, bu qədər çox işləməzdim...

3- Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olaydı. Bəzi insanlar münasibət qurarkən öz duyğularını istədikləri kimi, ya qorxudan, ya da utancaqlıqdan ifadə edə bilmirlər. Bu da ki, insan sağlamlığına mənfi təsir edir.

4. Kaş ki, dostumla əlaqəmi davam etdirə bilsəydim. Çünki, insanlar bəzən şəxsi həyatlarına o qədər bağlı olurlar ki, dostları ilə əlaqələrini bitirdiklərini görmürlər. Bu ancaq ölüm yatağında olarkən yada düşür.

5. Kaş ki, çox xoşbəxt olmaqdan qorxmazdım. “Kaş ki, daha çox güləydim. Bu kimi peşmançılıqlar insanlar dilə gətirirlər. İndi düşünürəm, məncə biz bizə bəxş edilmiş ömürü səmərəli və gözəl keçirməliyik. “Başqalarından niyə geri qalmalıyam ki,” məntiqi ilə yaşamağı geridə qoysaq bəlkədə daha çox dəyərlər əldə edə bilərik. Düşünmürük ki, biz bu dünyaya bir dəfə gəlirik həyata göz açıb yaxşı pis yaşayıb və sonda dünyadan köç etmək həyatı yaşamaq sayılmaz. Yəni öləcəyimizi bilə-bilə yaşayırıq. Bəs nə yaxşı ölümü dərk edə-edə yaşayarkən ürəyimiz dayanmır? Bəs daimi olan nədir? Təbii ki, həyatdır. O həyatdır ki, bizdən əvvəl də var idi, bizdən sonra da var olacaq. Bəs bu həyatın mənası nədir? Bax bu sualın cavabı digər suallardan fərqli olaraq çox müxtəlifdir. Çünki hər kəsin düşdüyü mühitə görə dəyişir...


Загрузка...


Oxunub: 167028 dəfə