AQTA Şəkidə obyektlərdə nöqsanlar aşkarlayıb

12:54 - 16 Fevral
    9210 oxunma

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib.

AQTA-dan verilən məlumata görə, keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə “Testo 270” cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib. Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84