"Bahar" yatağında qaz hasilatı azalıb  

13:41 - 04 Yanvar
    390 oxunma

2020-ci ilin noyabrında "Bahar" yatağında qaz hasilatı gündə orta hesabla 22,2 milyon kub fut olub ki, bu da 2020-ci ilin oktyabrı ilə müqayisədə gündə təxminən 0,5 milyon kub fut azdır. 

Trend bu barədə ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir. Məlumata əsasən, azalma B167 və B169 quyularındakı təbii azalma ilə əlaqədardır.

Qeyd edək ki, 2020-ci ilin üçüncü rübündə "Bahar" yatağında qaz hasilatı 0,6 milyon kub fut artaraq 19,4 milyon kub fut təşkil etmişdi. Həmin dövrdə hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artmışdı.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84