Bu məmurlar 2021-ci ildə vəzifələrini itirə bilərlər - SİYAHI

15:22 - 29 Dekabr
    3390 oxunma

"2020-ci ildə ölkədə başlayan ciddi kadr islahatları son aylar koronavirus və əsasən müharibə vəziyyəti ilə bağlı qismən arxa plana keçdi. Amma bu o demək deyil ki, islahatlar dayanıb. Yeni ildən daha ciddi kadr islahatları həyata keçiriləcək".

Bizimxeber.az bildirir ki, bu barədə redaksiyaya danışan məlumatlı mənbə qeyd edir ki, ilk olaraq Bakı meri Eldar Əzizovun vəzifəsini itirəcəyi gözlənilir.

Son aylar Eldar Əzizovun fəaliyyətində aşkar faəliyyətsilik hiss olunur. Onun yerinə daha perespektivli kadrın təyinatı planlaşdırılır. Daha bir neçə yüksək çinli məmurun - Maliyyə naziri Samir Şərifovla, Milli Bankın rəhbəri Elman Rüstəmovun da dəyişdirilməsi gözlənilir.

Bu arada redaksiyaya daxil olan məlumata görə, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinin sədri işləyən, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun da bu vəzifədən uşaqlaşdırılacağı deyilir. Adı uzun illər ciddi qalmaqallarda hallanan Kərəm Həsənovun Nərimanov rayonuna icra başçısı təyin ediləcəyi deyilir. 

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevə isə heç bir vəzifə verilməyəcək. Hazırda Kərəm Həsənovun kurasiyasında işləyən icra başçısı Abdin Fərzəliyevin yeni ilin ilk günlərində vəzifədən uşaqlaşdırılacağı barədə məlumatlar da var.

Yeni ildə daha bir neçə icra başçısının - Əhəd Abıyev (Daşkəsən), Sevindik Hətəmov (Salyan), Süleyman Mikayılovun (Qaradağ) vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84