Əhali 60% peyvəndləndikdən sonra toylara icazə verilə bilər- AÇIQLAMA

16:02 - 12 Yanvar
    3430 oxunma

Əhali 60% peyvəndləndikdən sonra toylara icazə verilə bilər- AÇIQLAMAAzərbaycanda bir ilə yaxındır ki, toyların keçirilməsinə qadağa qoyulub. Artıq Azərbaycanda koronavirusa yoluxanların sayı 100-ə düşüb. Sağalanların sayı isə yoluxanlardan 7-8-dəfə çoxalıb. Bundan əlavə yaxın günlərdə koronavirus əleyhinə peyvəndlənmə başlayır. Bu gün hamını maraqlandıran sual toylara nə zaman icazə verilə bilər?

Bizimesr.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a uzman həkim Vasif İsmayıl bildirib ki, Azərbaycanda toylara ancaq peyvənddən sonra icazə verilə bilər:

 

Son vaxtlar gündəlik koronavirusa yoluxanların sayında müsbət dinamika var:

"Artıq yoluxanların sayı 4000-dən 500-600-ə düşüb. İnsanlarda bu xəstəliyə qarşı məsuliyyət artıb. Azərbaycanda əhalinin 60 faizi peyvəndləndikdən sonra toyların və digər kütləvi yığıncaqların keçirilməsi mümkün ola bilər".

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84