Məsut Özil “Fənərbaxça” ilə müqavilə bağlayacaq

14:53 - 06 Yanvar
    3340 oxunma

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil “Fənərbaxça”nın formasını geyinməyə hazırlaşır.

DHA-nın məlumatına əsasən, “sarı-lacivərdlilər” uzun müddətdir israrla heyətinə qatmağa çalışdığı Almaniya millisinin sabiq üzvü ilə ortaq məxrəcə gəlib. İddiaya görə, Özil İstanbul təmsilçisi ilə 3,5 illik müqavilə imzalamağa razılıq verib.


“Arsenal” da müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçusunu yola salmaqda maraqlıdır. Hətta “topçular”ın son 6 aylıq maaşın yarısını qarşılamağa hazır olduğu da vurğulanıb. O da əlavə olunub ki, bu transferdə “Fənərbaxça” azarkeşi olması ilə tanınan iş adamı Acun İlıcalı böyük rol oynayıb.

Qeyd edək ki, Məsut Özil ABŞ-ın “DS Yunayted” klubunun da diqqət mərkəzindədir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84