Suraxanı RİH şəhid ailələrini və yaralıları ziyarət edir - Foto

15:09 - 30 Dekabr
    3210 oxunma

Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına və şücaətlə döyüşərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçularımızın ailələrinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qayğı göstərilir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, sağlamlığını itirən hərbi qulluqçularımızı müntəzəm olaraq ziyarət edir, onların səhhəti, qayğıları ilə yaxından maraqlanırlar. Ziyarət olunan ailələrin problemləri dinlənilərək onları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilir, yardımlar paylanılır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84