Reklam Yeriniz
Reklam Yeriniz

Türkiyədə intihar edən azərbaycanlı iş adamı öldü - VİDEO - FOTO - TƏFƏRRÜAT

16:27 - 26 Mart
    2240 oxunma

Ötən gecə Beşiktaşdakı lüks oteldə dostları ilə əylənərkən silahdan ağır yaralanan azərbaycanlı iş adamı Nihad Əliyev xəstəxanada öldü. Bizimxeber.az Türkiyənin haberler.com portalına istinadən bildirir ki, hadisədən sonra araşdırmaya başlayan polis 3-ü qadın olmaqla 6 nəfəri otaqda saxlayıb. Məlumata görə, iş adamı hadisə zamanı silahının lüləsində güllə olmadığını hesab edib və tapançanı başına dirəyərək atəş açıb. 

Hadisə yerində olan insanlar Nihad Əliyevə "şeytan onu dolduracaq" desə də o tətiyi çəkib. Hadisənin baş verdiyi otelin kimə məxsus olduğu barədə araşdırma başlayıb. 

Sayt hazır ki, 40 yaşlı azərbaycanlı iş adamı Nihad Əliyev 6 dostu ilə birlikdə otelə gəlib. Dostlar burada əyləndikdən sonra Əliyev, 3-ü qadın olmaqla 6 dostu ilə otağına gedib.

Bir müddət sonra otaqdan silah səsləri eşidilib. İçəri girən otel işçiləri Əliyevin başından ağır xəsarət aldığını görəndən sonra polisə məlumat veriblər. Hadisə yerinə gələn həkimlərin ilk müdaxilədən sonra ağır yaralı iş adamını təcili yardım maşını ilə xəstəxanaya aparıblar. 

Gecə ilə əməliyyat olunan iş adamı həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.  Hadisə yerində olan şahidlər ifadələrində  - "Şeytanın dolduracağını söylədik, lakin qulaq asmadı" kimi fikirlər bildiriblər. Hadisədən sonra araşdırmaya başlayan Beşiktaş Polis Şöbəsi təhlükəsizlik kamerası görüntülərini araşdırıb, hadisə yerində olan 3-ü qadın olmaqla iş adamının yanında olan 6 dostu və 4 otel işçisinin ifadələri alınıb. 

Şəxslər ifadələrində axşam birlikdə otelə gəldiklərini, əyləndikdən bir müddət sonra otağa getdiklərini və N.Əliyevin tapançasını belində götürdüklərini deyiblər. Daha sonra silahı çıxaran iş adamı Nihad Əliyev zarafatla lülədə güllə olmadığını söyləyib və otaqdakıların "şeytan doldurar" deməsinə məhəl qoymayaraq tətiyi çəkib.

Beşiktaş'taki lüks otelde iş adamının öldüğü olayın detayları ortaya çıktı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84