"WhatsApp"dan açıqlama gəldi

15:13 - 12 Yanvar
    3720 oxunma

"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz "Twitter" hesabında məlumat yayıb.

""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.

Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84