Reklam Yeriniz
Reklam Yeriniz

Xanım Qarabağ Müharibəsi veteranı generalın qardaşından Prezidentə müraciət etdi

19:32 - 22 Mart
    4520 oxunma

Qarabağ Müharibəsi veteranı, Ağdam Mərkəzi Səhra Hərbi Hospitalında cərrahiyyə tibb bacısı işləmiş baş çavuş Elyana Şöhlət qızı Qurbanova cənab Prezident İlham Əliyevə müraciət edib:

Möhtərəm Prezident!

Qarabağ  uğrunda müharibəyə 1992-ci ildən, 19 yaşımda könüllü olaraq qoşulmuşam və döyüş bölgəsində yerləşən Ağdam Mərkəzi Səhra Hospitalında cərrahiyyə üzrə tibb bacısı kimi xidmət etmişəm.

Gecə-gündüz  hospitalda qalaraq  yaralılara  tibbi yardım göstərməklə bərabər, ana-bacı  qayğımı da əsirgəməmişəm. Bir gün də olsun iş yerimi tərk  etməmişəm. Səhhətimlə əlaqədar xidmətimi 1994-cü ildə başa vurmuşam. Qarabağ veteranıyam, 1995-ci ildən YAP-ın üzvüyəm.  

Cənab Prezident!

Müraciətimin  səbəbi  həyat yoldaşımla  mənim   əmlakımızın və pullarımızın  bir qrup fırıldaqçı tərəfindən etibardan sui-istifadə və aldatma yolu ilə əlimizdən çıxarılıb mənimsənilməsidir. Həmin mütəşəkkil dəstə Daxili İşlər Nazirliyində ( DİN ) yüksək vəzifə tutan bir neçə məmur tərəfindən himayə olunduğu üçün məsuliyyətə cəlb olunmurlar.

Möhtərəm Prezident!

Məlumat üçün bildirim ki, həyat yoldaşım Teymur Qurbanov Rusiya Federasiyasının Perm vilayətinin Solikamsk şəhərində meşə ağaclarının emalı, taxta istehsalı-satışı sahəsində genişmiqyaslı  sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Yüksək  uğurlara nail olmaqla bərabər, o, Perm vilayətinin rəhbərliyinin, ictimaiyyətin rəğbətini qazanmışdır.

Bir neçə  il əvvəl  Şərur  rayonunun Xok  kəndindən olan tanışımız  Məmmədov Cabbar Məmməd oğlu bizi ailəlikcə Bakı şəhərinə öz oğlunun toyuna  dəvət etmişdi. O,  toy məclisində  bizi  DİN-də yüksək vəzifə tutan qohumu Rahib Mirzəyevlə tanış etdi və bildirdi ki, Rahib Mirzəyev general-mayor Sahib Mirzəyevin qardaşıdır.

Sahib Mirzəyev 

Səhəri  günü  isə  bizi  ailəlikcə  evə  qonaq dəvət edib  ailələri tanış  etdilər, aramızda  inam-etibar yarandı. Söhbət  əsnasında  Rahib Mirzəyevlə  Cabbar Məmmədov  “Avropa  bankında”  iki miyon avro  pulları  olduğunu və taxta alverinə qoşulmaq istəklərini  Teymura  bildirərək, onunla şərikli işbirliyi qurmağı təkidlə  təklif etdilər. Hətta  onların arvadları da söhbətə qoşularaq bizə razılaşmağı təkidlə xahiş  edirdilər. Teymur   onların təklifi  ilə razılaşdı və Rusiyaya qayıdan kimi  vaqonlarla  taxta  materiallarını  Azərbaycana - Cabbar Məmmədovla  Rahib Mirzəyevə yollamağa  başladı. 

Aldıqları  taxta  materialının pulunu bircə dəfə  ödədikdən sonra, “ bankda problem var” deyə bir daha ödəniş etməyən  Rahib Mirzəyevlə Cabbar Məmmədov  Teymuru inandırıb əlavə tələb də irəli sürdülər.

Yəni  bizim  Bakı şəhərində olan mənzillərimizi, onların  "Avropa bankında saxlanılan iki milyon avronun zəmanəti"  kimi  Rahib Mirzəyevə  ETİBARNAMƏ  ilə müvəqqəti girovda saxlamaq üçün verməliyik. Biz heç nədən şübhələnmədiyimiz üçün bu tələbi də dərhal  yerinə yetirdik.

Bu o vaxtlar idi ki, Cabbar Məmmədov və  Rahib Mirzəyev  Teymura  " Taxtanı göndər,  Bakıda monopoliya yaradaq, tezliklə Avropa bankından 2 milyon  avronu alıb pulunu yollayacağıq" deyirdilər.

Rahib Mirzəyevin özünün və qardaşı general Sahib Mirzəyevin, o cümlədən Cabbar Məmmədovun oğlu Kənan (ya Sənan) Məmmədovun Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutmalarına, bizi evlərində təmtəraqla  qonaq saxlamalarına  inanan Teymur özündən başqa, bir çox sahibkarlardan nisyə aldığı taxta materiallarını  vaqonlarla Bakı şəhərinə Rahib Mirzəyevlə Cabbar Məmmədova yollamışdır.

Lakin onlar  pulları  ödəmədikləri üçün  Teymur  göndərişi  dayandırıb borclarını tam ödəməyi tələb etdikdə, Cabbar Məmmədov və Rahib Mirzəyev   əvvəlcə öz adamları  Pənahov Tariyel Həsən oğlunu, sonra isə Elnuru Teymurun üstünə “razborka”ya göndərməklə, ona hədə qorxu-gəlirlər.

Lakin bunun Teymura təsir etmədiyini  görən  Cabbar Məmmədov özü Teymurla danışıb hədə-qorxu gələrək  demişdir ki, Rahib və Sahib Mirzəyev qardaşları “sənin bu hərəkətlərini cavabsız qoymayacaqlar, onlar ölkə rəhbərliyinin nəzərində böyük nüfuza malikdirlər və “kəsdikləri başa sorğu-sual yoxdur”, ona görə də Bakıya gələn kimi səni  ya aeroportda qarşılatdırıb başına torba keçirtdirib gətirdəcəklər, yaxud da üstündən ya silah, ya da narkotik  aşkar edəcəklər”.

Beləliklə,  Cabbar Məmmədovla  Rahib Mirzəyevin  fırıldaq  əməlləri nəticəsində yaranmış böyük məbləğdə DÖVLƏTƏ  VERGİ  BORCUNU   tam ödəyə bilməyən  bir sahibkar kimi ölkədən çıxışına  məhdudiyyət qoyulan Teymur  “ev dustağı” vəziyyətinə düşdüyünə görə, özü şikayət etmək üçün ovaxtdan AZƏRBAYCANA  GƏLƏ BİLMİR.

Ona görə də, mən bir neçə dəfə  Bakı şəhərinə gələrək dövlət qurumlarına  şikayət etməyə cəhd etsəm də, şikayətimdə  polis işçilərinin adlarının olduğunu bilən kimi, məni Daxili İşlər Nazirliyinə yönəldirdilər. 

DİN-də isə nazir Vilayət Eyvazovun qəbuluna yazılanda, şikayətimin pois rəisləri Sahib, Rahib Mirzəyevlərdən, Kənan (ya Sənan) Cabbar oğlu Məmmədovdan olduğunu bilən kimi  “qəbul otağını rəisi Aybəniz” adlı  qadın dəfələrlə müxtəlif bəhanələrlə məni qəbuldan uzaqlaşdırıb.

Mən isə  necə olur-olsun  cənab nazirin qəbuluna düşəcəyimi qərarlaşdırdım. Çünki başqa yolum yox idi.

Cənab Prezident!

Axırıncı  dəfə, 2019-cu  ildə  nazir Vilayət Eyvazovun qəbuluna yazılarkın  orada  tanımadığım bir nəfər  mənə yaxınlaşıb özünü “korrupsiya prokurorluğun hüquqşünası” kimi təqdim etməklə,   “probleminizi bilirəm və kömək edəcəm ”  deyib söz verən və biraz söhbətdən sonra isə özünü  “Baş prokuror Kamran Əliyevin doğma bacısı oğlu” olduğunu və   işləri “ ONUN KÖMƏYİ  İLƏ  YOLUNA  QOYACAM “  deyərək  məni nazirin qəbuluna düşməkdən təkidlə uzaqlaşdırırdı və dayanmadan deyirdi ki, əgər nazirin qəbuluna düşsən, nazir öz işçilərini müdafiə edəcək və  mən sənə kömək edə bilməyəcəm.

Xeyli vaxt  keçdikdən sonra həyatıma  qarşı törədiləcək sui-qəsdin, mənə yaxınlaşan həmin şəxsi -  Əliyev Çingiz Alı oğlunun  Rahib Mirzəyevlə və Cabbar Məmmədovun tapşırıqlarına əməl etdiyi  aşkar oldu. 

Çünki, DİN rəhbərinin  qəbuluna düşməyincə oradan getməyəcəyimi qəbul otağının rəisi Aybəniz xanım  Rahib Mirzəyevə və Cabar Məmmədova  çatdırmışdı və onlar da öz məkrli tədbirlərini həyata keçirmək məqsədi ilə Çingiz Əliyevi mənim üstümə yollamışdılar.

Beləliklə özünü “korrupsiya prokuroru-hüquqşünqs və Baş Prokuror Kamran Əliyevin doğma bacısı oğlu” kimi təqdim edən Çingiz Əliyev  məni inandırmaq üçün “telefon vasitəsi ilə Rahib Mirzəyevlə üzləşdirdi” (səs yazısını saxlayıram), sonra isə məsələni həll etmək üçün mənim ETİBARNAMƏMİ aldı. Sonra  mən Rusiyaya  evimizə qayıtdım.

Çingiz Əliyev Bakıdan bizimlə  daim  telefon əlaqəsi saxlayaraq işləri yoluna qoymaq, yəni mənizllərimizi  qaytarmaq və yeni mənzillərlə əvəz etmək, məhkəmə xərcləri, hakimə vermək üçün, dayısı Baş prokurorun bağ evləri və digər vacib məsələlər üçün bizdən külli miqdarda pul və 4 vaqon taxta tələb edib almışdır (sənədlər saxlanılır ). 

Bir müddət sonra Çingiz Əliyev  "sən təcili  Bakıya gəlməli  və  “ MÜTLƏQ MƏHKƏMƏDƏ İŞTİRAK ETMƏLİSƏN”, amma bu barədə heç kim bilməməlidir deyib   11.11.2020-ci il tarixdə məni Rusiyadan Bakı şəhərinə gətizdirdi və özü  aeroportda qarşılayıb evlərinə apardı. Onun özü, arvadı Lamiyə, anası Arzuyə, bacısı Sevinc, onun əri Fərid mənə bildirdilər ki, həyatına sui-qəsd ola bilər, odur ki, evdən çölə çıxa bilmərəm və Bakıda olmağımı heç kimə demək olmaz. Onlar hamısı bu tipli yalanla, hədə-qorxu gəlməklə, psixoloji təzyiq etməklə 3 aya yaxın məni gah Çingizlə anasının, gah da bacısı Sevincin evində nəzarət altında girov kimi saxlamışlar, hətta qohumlarımla əlaqə saxlamağa qoymurdular. Mən isə işimizin düzələcəyinə ümid  edərək sona qədər dözüb gözləməyi qərara almışdım. Məhkəmənin isə pandemiya ilə əlaqədar təxirə salındığını amma mütləq olacağını  deyirdilər. 

Sonuncu gün, yəni 29.01.2021-ci il tarixdə gecə yarı   Çingiz  Əliyev   “mənzilini alan gəlib  təcili getməliyik” deməklə məni  aldadaraq  öz avtomobilində  evdən çıxarmış, Ayna Sultanovanın heykəli yaxınlığındakı binanın qaranlıq həyətinə apararaq, Çingizin  özü və orada  maşının qapısını açıb, bıçaqla üstümə hücum edən üzü qara maskalı naməlum şəxs məni öldürməyə cəhd etmişlər, başımdan xəsarət yetirilsə də, təsadüf nəticəsində oradan qaçıb canımı qurtarmışam və qohumlarımın evində gizlənirəm. 

Möhtərəm Prezident !

Rahib Mirzəyevlə  Cabbar Məmmədov "zəmanət kimi " deməklə aldadaraq bizdən alınan etibarnamələr əsasında mənzillərimizi heç bir məbləğ ödəmədən alqı-satqı etdirərək mənimsəmişlər. Sözü gedən dəstənin üzvlərindən biri də Cabbarın oğlu Kənan ( ya Sənan ) Məmmədov da DİN-də polis rəisidir. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, mənzil 7 ünvanda olan mənzilimizdə müvəqqəti yaşayan və heç nədən xəbəri olmayan qohumlarımızı evdən qəflətən və özbaşınalıqla çıxarılmasında məhz  Cabbarın oğlu polis rəisi Kənan ( ya Sənan ) Məmmədov özü canfəşanlıq etmişdir. 

Özünü “korrupsiya prokurorluğunun hüquqşünası"  kimi təqdim edən  Əliyev Çingiz Alı oğlu və  hamısı  Ağstafa rayon sakinləri olmaqla: atası Əliyev Alı Əli oğlu, anası Əliyeva Arzuyə Vladimir qızı, arvadı  Lamiyə, bacısı Əliyeva Sevinc Alı qızı və onun əri Fərid, digər bacısı Sevinc, qohumu  Musa Daniyal oğlu Abbas-Əlizadə  həmin mütəşəkkil  dəstənin üzvləridır. Onlar hamısı əvvəlcədən sövdələşərək bu cinayəti törətmiş və sonda məni aradan götürməyə cəhd etmişlər. 

Çingiz Əliyevin anası Arzuyə Əliyeva  dəfələrlə  deyirdi ki, “Baş prokuror Kamran Əliyev mənim doğma qardaşımdır”, hətta bir neçə dəfə yanımda özünü elə aparırdı ki, guya onunla telefonla danışır. Oğlum Şöhlət Qurbanova 2.500 manat dəyərində bir ədəd qol saatını qızı Sevincdən ( guya o qızıl alveri ilə məşğul olur ) aldırmışdı ki, guya bizim adımızdan qardaşı Kamran Əliyevə hədiyyə edəcək. Onun qızı Sevinc də Baş prokuror Kamran Əliyevin dayısı oımasını dəfələrlə  deyirdi. Lakin, məlum oldu ki, bu ailə hamısı dələduzluqla məşgul olur.

Çingiz Əliyevin  göstəriş verəni isə  Şərur rayonunun Xok kənd sakini Məmmədov Cabbar Məmməd oğludur.

Bunu deməyə əsas verən odur ki, 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz Əliyev  “dayısı Baş prokurorun”adından onun bağ evinin tikintisi üçün taxta materialı sifariş vermişdi və Teymur Qurbanov Rusiyadan Bakı şəhərinə Çingiz Əliyevin adına yolladığı taxta materialları vaqonlarını və sənədləri məhz Cabbar Məmmədovla Çingizin bacısı Sevincin əri  Fərid  qəbul etmişdir. Bu isə onların əlbir olduqlarının birbaşa sübutudur. 

Göstərdiyim şəxslərin telefon danışıqlarının səs yazıları, SMS-ləri, foto-video görüntüləri, pul-mal göndərişi qəbzləri və digər sənədlər-sübutlar var, zəruri halda  dərhal  təqdim olunacaq.  

Möhtərəm Prezident ! 

Başında  polis vəzifəlisi  Rahib Mirzəyev  duran  bu  mütəşəkkil dəstə bir neçə il ərzində, həyat yoldaşım Teymur Qurbanovla mənim təxminən 3 000 000 (üç milyon) ABŞ dolları məbləğdə qiymətləndirilən özümüzə məxsus və bir neçə  sahibkarlara məxsus külli miqdarda  dəyəri olan taxta materiallarını, Bakı şəhərində bizə məxsus bir neçə mənzilləri və böyük məbləğdə nəğd pullarımızı fırıldaqçılıqla əlimizdən alıb mənimsəmişlər və məsuliyyətə  cəlb olunmurlar. 

Bizə qarşı  törədilmiş cinayət hadisələrinin çözülməsində və haqq-ədalətin bərqərar olunmasında kömək etməyinizi Sizdən xahiş edirik. /Nuh.az/

ƏVVƏLCƏDƏN  TƏŞƏKKÜR  EDİRİK.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84