Yaponiya Olimpiadasında qalmaqal - 500 nəfər olimpiadanı boykot etdi

14:24 - 11 Fevral
    16560 oxunma

Yaponiyada 500 könüllü və məşəli aparacaq 3 nəfər olimpiada ilə bağlı tədbirlərdə iştirakdan imtina ediblər.

Bizimesr.az xəbər verir ki, buna səbəb Tokioda keçiriləcək olimpiya oyunlarının təşkilat komitəsinin rəhbəri, Yaponiyanın sabiq baş naziri Yoşiro Morinin açıqlaması olub. O, idman federasiyalarında qadınların sayının artmasının iclasların daha uzun vaxt sürməsinə səbəb olacağını bəyan etmişdir. Morinin fikrincə, qadınlar çox danışır, hər şeyi detallarına qədər qeyd etməyə çalışırlar.

O, həmçinin misal olaraq, rəhbərlik etdiyi Reqbi Federasiyasını qeyd edib. Bildirib ki, federasiyada qadınların sayı artdıqdan sonra iclaslar iki dəfə artıq zaman alır.

Bu fikirlərindən sonra sosial şəbəkələrdə Moriyə qarşı kəskin etiraz başlayıb. Könüllülər isə olimpiya tədbirlərində iştirakdan imtina ediblər. Ən son məlumata görə, Mori istefa vermək niyyətindədir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

Bizimesr@mail.ru
Mobil: (050) 514-27-84