Bakıda idmançı "Galendewagen"lə ağır qəza törətdi: ölən var

  • Bölmə: Hadisə  
  • Tarix: 21 iyl 2017 [11:56]

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi "Mercedes Galendewagen" markalı avtomobillə piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.
Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizimesr.az


Загрузка...


Oxunub: 10380 dəfə