Paşinyanın iqamətgahından oğurluq olub

  • Bölmə: Siyasət
  • Tarix: 1 fev 2019 [13:03]

Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub. “Report” xəbər verir ki, bunu hökumət başçısı Aparatının istismar bölməsinin rəisi bildirib. Onun sözlərinə görə, yanvarın 25-30 tarixi arasında baş nazirin paytaxt Yerevanın Baqramyan küçəsi 26 ünvanında yerləşən iqamətgahından xatirə sikkə oğurlanıb.

 

Hələlik kimlikləri müəyyənləşdirilməmiş oğru və ya oğrular Aparatın birinci korpusundan 4 xatirə sikkəsi aparıblar. Həmin sikkələr binanın 3-cü mərtəbəsindəki stenddə saxlanılırmış.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Загрузка...


Oxunub: 9160 dəfə