Prezident Fuad Ələsgərovu təltif etdi

  • Bölmə: Siyasət  
  • Tarix: 12 may 2019 [21:05]

Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə müvafiq sərəncamı mayın 13-də Prezident İlham Əliyev imzalayıb.

F.Ələsgərov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, mayın 14-də F.Ələsgərovun 60 yaşı tamam olur.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviridir.

Fuad Ələsgərov 1959-cu il mayın 14-də Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.

1981-1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987-1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Prezidentin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin olunub. Prezidentin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Prezident yanında Əfv Məsələləri Komissiyası və Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

Prezidentin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri təyin edilib.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cü il 22 iyun tarixli Sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilib.

1996-2005-ci illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun oğludur.

Bizimesr.az



Загрузка...


Oxunub: 15490 dəfə