Bakı Zelenskinin andiçməsinə onu yollayır

  • Bölmə: Siyasət  
  • Tarix: 18 may 2019 [15:02]

Ukraynanın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə gedəcək Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edəcək. Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks Ukrayna” yayıb.

Andiçmə mərasiminə həmçinin ABŞ Energetika naziri Rik Peri, Polşa Xarici İşlər naziri Yaçek Çaputoviç, Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili, Moldova Baş naziri Pavel Filip, Türkiyə Baş nazirinin müavini Fuad Oqtay qatılacaq.

Qeyd edək ki, inauqurasiya mayın 20-də baş tutacaq.

Bizimesr.az

Загрузка...


Oxunub: 5410 dəfə