Nazirlik qarşısında soyunan jurnalist azad edildi (VİDEO)

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 20 may 2019 [00:03]

Kanal 8-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb. Qaynarinfo Yeni Sabah-a istinadən xəbər verir ki, bu barәdә mәlumat verәn jurnalistin özü deyib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәb anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin qarşısında aksiya tәşkil etmişdi. 

Aksiyadan polis tәrәfindәn Nәsimi Rayonun 20-ci polis bölmәsinә sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparılan jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşublar vә izahat yazdırıblar. “Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım”.

Загрузка...




Oxunub: 10900 dəfə