Avstriya hökuməti istefaya göndərildi

  • Bölmə: Dünya  
  • Tarix: 28 may 2019 [09:52]

Avstriya prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərliyindəki hökuməti istefaya göndərib.

“RİA Novosti”nin məlumatına görə, yeni hökumətin formalaşdırılmasına qədər köhnə hökumət vəzifələrinin icrasına davam edəcək.

Kurts yeni hökumətin formalaşmasına qədər vəzifəsinin icrasından imtina edib. Buna görə bu vəzifəni Maliyyə naziri və vitse-kansler Hartviq Löqer icra edəcək.

Qeyd edək ki, ötən gün Avstriya parlamentinin aşağı palatası kansler Sebastian Kurtsun başçılıq etdiyi hökumətə etimadsızlıqla bağlı səsvermə keçirib. Deputatların əksəriyyəti etimadsızlıq votumunun lehinə səs verib.

Bizimesr.az


Загрузка...


Oxunub: 12140 dəfə