- "Bakının bu hissəsində yaşayanların həyatı təhlükədədir" (AÇIQLAMA)
- Qanunsuz torpaq satan bələdiyyə sədrinin məhkəməsi oldu
- Deputatın yarım milyonluq mülkü
- Kardiologiya İnstitutunda Səbzəliyeva tandemi - Hər kəs onu müdafiə etməkdən imtina edib
- Elmi-Tədqiqat Kardiologiya İnstitutunda dava - Direktor işçilər barədə kompramat hazırlatdırır
- yaz Mütəllibov Əbülfəz Elçibəyin evinin təmir etdirilməsindən danışdı: "Çox sağ olunsun Mehriban xanım..."
- Kardiologiya İnstitutunda kütləvi işdən çıxarılma – Direktor qarşısına keçəni işdən uzaqlaşdırır
- Azərbaycan Paşinyana görə Los-Anceles səmasına təyyarələr qaldırdı
- Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova vəzifəsi ilə vidalaşır
- “Nar”-ın dəstək olduğu peşəkar boksçular qələbə qazandılar
Ekoloji böhran: 600 bitkinin nəsli kəsildi - FOTOLAR
- Bölmə: Dünya Fotoqalareya
- Tarix: 11 iyn 2019 [05:33]

Son 250 ildə Yer üzündən 600-ə yaxın bitki növü yoxa çıxıb.
Bu barədə BBC beynəlxalq tədqiqat qrupunun apardığı araşdırma nəticələrinə istinadən məlumat yayıb.
Britaniyanın Kral Botanika Bağları (Royal Botanic Gardens) və Stokholm Universitetindən olan alimlər son iki əsr yarım ərzində 571 növ bitkinin nəslinin kəsildiyini müəyyən edib. Bu, ümumilikdə bu müddət ərzində nəsli kəsilmiş kimi qeydiyyata alınmış quşlar, məməlilər və amfibiyaların ümumi sayından iki dəfə çoxdur.
Tədqiqatçılar bitkilərin nəsli kəsilmə prosesinin gözlənildiyindən 500 dəfə daha tez baş verdiyini iddia edir. Yoxa çıxmış əsas bitkilərə Çili santalumu, Müqəddəs Yelena zeytunu, Qalapaqos amarantı, Blutaparon və digər bitkilər aiddir.
Yer planetində bütün canlıların həyatı bitkilərlə qarşılıqlı bağlıdır. Bitkilər bilvasitə və ya bilavasitə zəruri qida zəncirinə daxildir, planetinin əsas oksigen mənbələrindən sayılır.
Bitkilərin nəslinin kəsilməsi onlardan asılı olan başqa orqanizmlərin, məsələn, həmin bitkilərlə qidalanan və ya ona yumurtalarını qoyan həşaratların da məhvinə təkan verir.