Daha bir rayonda zəlzələ

  • Bölmə: Hadisə  
  • Tarix: 20 iyn 2019 [10:42]

Bu gün səhər saatlarında Qax rayonunda zəlzələ baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yeraltı təkanlar təqribən 07:40-da Güllük kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, zəlzələ 5-7 saniyə davam edib.

Zəlzələ 4 bala qədər hiss olunub.

Qeyd edək ki, 2012-ci il mayın 7-də şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Güllük kəndində də xeyli sayda fərdi yaşayış evləri və sosial obyektlər dağılmışdı.

Bizimesr.az


Загрузка...


Oxunub: 22080 dəfə