İsmayıllı meşələri yanır

  • Bölmə: Hadisə  
  • Tarix: 26 avq 2019 [23:12]

İsmayıllı meşələrində yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə hissədə qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bizimesr.az


Загрузка...


Oxunub: 18590 dəfə