Qaxdakı meşə yanğını söndürüldü

Qaxda meşə zolağında baş verən yanğın söndürülüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yanğın Süskənd və Fıstıqlı kəndləri ərazisində, meşəlik ərazidən keçən yolun sağ və sol tərəfində baş verib.

Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən texnikası və iyirmidən artıq canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində yarım hektar ərazidə quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.

Yanğın söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub.

 

17:09

Qaxda meşə yanğını başlayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində qeydə alınıb. 

Yanğın hazırda yarım hektara yaxın ərazini əhatə edir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Bizimesr.az


Загрузка...


Oxunub: 5400 dəfə