“Nar”ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 1 okt 2019 [11:05]

23-29 sentyabr BMT-nin qərarı ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “Nar” eşitmə və nitq məhdudiyyətli insanlar üçün keçirdiyi “Təlim məktəbi” layihəsinin yekunları ilə bağlı təqdimat edib. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması məqsədilə keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar təqdim edib. Qeyd edək ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi” layihəsi 4 ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər. Layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da kömək edib. Belə ki, artıq iştirakçəların bir neçəsi işlə təmin olunub.

“Nar” 4 ilə yaxındır ki, eşitmə və nitq məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi məqsədilə təlimlər təşkil edir. Bu cür təlimlər keçirməkdə məqsədimiz onlara həyatlarını maddi və mənəvi cəhətdən təmin etməsinə dəstək olmaqdır. “Nar” olaraq müxtəlif sosial layihələr reallaşdırmaqla cəmiyyətimizə töhfə veririk. “Nar” olaraq insanların sosial həyatında yararlı şirkət olduğumuza görə qürur duyuruq”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

 

“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, bu layihədə iştirak edənlər iş bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər: “Karlara Dəstək” İctimai Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını yaxşılaşdırmaqdır. “Nar”-ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin olunmasına böyük təkandır. Bu layihəni ərsəyə gətirən “Nar”-a təşəkkür edirəm”.

 

Fiziki məhdudiyyətli insanlara qayğını, təhsil və maariflənmənin inkişafını, eyni zamanda vətənə bağlılığı təşviq edən “Nar”, son illər ərzində həyata keçirdiyi sosial layihələrlə bağlı da təqdimat edib. Qeyd edək ki, mobil operator korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində cəmiyyət üçün bir çox əhmiyyətli layihələr reallaşdırıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Bizimesr.az


Загрузка...


Oxunub: 6760 dəfə