Bakı və Abşeronda bayram yarmarkaları keçiriləcək

  • Bölmə: Cəmiyyət  
  • Tarix: 18 dek 2019 [18:53]

Dekabr ayının 21-dən 30-dək Bakı və Abşeronda Yeni il bayram yarmarkaları keçiriləcək.

Bunu "Bizim Əsr"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.
Onun sözlərinə görə, yarmarkalar Nərimanov, Binəqədi,  Yasamal, Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərəcək.
"Keçiriləcək yarmarkalar eyni zamanda əyləncəli proqramlarla seçiləcək. Yarmarkaların təşkilində qiymətin sərfəli olması, səliqəlilik və davranış qaydaları bizim üçün çox önəmli məsələlərdəndir və biz əlimizdən gələni edirik ki, keyfiyyəti daha da yaxşılaşdıraq", - deyə L. Məmmədova qeyd edib.


Загрузка...


Oxunub: 23960 dəfə