Paşinyan siqaret qaçaqmalçılığına başçılıq edir - Səfir açıqladı

  • Bölmə: Region  
  • Tarix: 11 iyn 2020 [12:57]

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan iddia edir ki, Paşinyan siqaret qaçaqmalçılığına başçılıq edir. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yeni təyin olunmuş Sədri Edvard Ovannisyan isə bu iddianın əsassız olduğunu bildirib.


Bizimesr.az xəbər verir ki, bu barədə Ovannisyan hökumət iclasından sonra jurnalistlərlə açıqlamasında deyib:  "Dövlət Təhlükəsizlik Komitəsi Ermənistandan siqaret qaçaqmalçılığı barədə başqa dövlətlərin gömrük orqanlarından heç bir rəsmi məlumat almayıb.


Xanım Şuşanik Nersisyanın (DTK sədrinin müavini) və ya Paşinyan ailəsinin bu prosesə cəlb olunmasına gəldikdə isə, mən bu məlumatları, sadəcə, böhtan hesab edirəm, çünki heç bir arqument və əsas yoxdur",- deyə Ovannisyan bildirib.


Загрузка...


Oxunub: 160390 dəfə