Xalq artisti 60 yaşını qeyd edir

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Qurban İsmayılovun doğum günüdür.

 

Bizimesr.az xəbər verir ki, bu münasibətlə Əməkdar artist Elnur Kərumov facebook sosial şəbəkəsində həmkarını təbrik edib. 


Qeyd edək ki, peşəkar aktyor Qurban İsmayılov 1960-cı ildə Azərbaycan Respublikası Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Bir müddət «Nəsimi» folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib.

 
1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. 


1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən «I Eksperimental Tamaşalar Festivalı»nda S.Mrojekin «Mühacirlər» əsərində ifa etdiyi II mühacir roluna görə «Ən yaxşı kişi rolu» nominasiyasında mükafata layiq görülüb. 


1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.9 may 2012-ci il tarixdə Əməkdar artist, 1avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.


Prezident Mükafatına layiq görülmüş aktyor 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb.
2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. 

 


Загрузка...


Oxunub: 152260 dəfə