İrəvanda Ermənistan və Arsax təhlükəsizlik şuralarının iclası keçirilir

  • Bölmə: Hərb  
  • Tarix: 19 iyn 2020 [09:42]

Qondarma Arsax respublikasının prezidenti Arutyunyan və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın sədrliyi ilə bu gün, İrəvanda Arsax və Ermənistan Respublikası Təhlükəsizlik şuralarının birgə iclası başlayıb.

 

Bizimesr.az xəbər verir ki, bu barədə" Armenpress " Prezident Administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinə istinadən məlumat verir ki, iclasda həmçinin hər iki dövlətin parlament rəhbərləri iştirak ediblər.


Qapalı iclasda gündəlikdəki məsələlərə keçməzdən əvvəl Araik Arutyunyan çıxışında,  Azərbaycandan gələn təhlükəyə qarşı sayıqlığı artırmağı xahiş edib:“Şübhəsiz ki, koronavirusun görünməz təhlükəsinə qarşı mübarizədə biz xüsusən də Azərbaycandan gələn görünən təhlükəyə qarşı sayıqlığımızı zəiflətməməliyik. Azərbaycan hakimiyyəti onilliklər ərzində təkcə artsaxa deyil, bütünlükdə Ermənistan əhalisinə ekzistensial təhlükə yaradır. Biz Azərbaycan-Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarı olaraq, eyni zamanda, həmişə müharibəyə hazır olmalıyıq. Vahid Vətənin və eyni təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olan Arsax Respublikası ilə Ermənistan Respublikası sülhə nail olmaq və müharibəyə hazırlaşmaq üçün yanaşmaları və səylərini tamamilə bölüşürlər. Bu, hərbi potensialın ardıcıl surətdə yaxşılaşmasını, sosial-iqtisadi imkanların inkişaf etdirilməsini və erməni xalqının hüquq və mənafelərinin düzgün müdafiəsi məqsədilə geniş siyasi alətlərin tətbiqini və nə üçün olmasa da, informasiya və psixoloji təhlükəsizliyə lazımi təminat verilməsini nəzərdə tutur“.


Загрузка...


Oxunub: 58070 dəfə