“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

  • Bölmə: İdman  
  • Tarix: 9 avq 2020 [08:03]

Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatması atılıb. 

Oxu.Az xəbər verir ki, Azərbaycanı ÇL-də təmsil edən “Qarabağ”ın rəqibi müəyyənləşib. 

Birinci təsnifat mərhələsində Ağdam klubu  Şimali Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq. Bu matç Bakıda baş tutacaq. 

Qeyd edək ki, bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Bizimesr.az


Загрузка...


Oxunub: 92270 dəfə