ABŞ-da təyyarənin mühərrikinə daxil olan şəxs faciəvi şəkildə ölüb

ABŞ-də hava limanında təyyarənin mühərrik hissəsinə daxil olan şəxs faciəvi şəkildə ölüb.

Qeyd olunur ki, hazırda ABŞ-nin Yuta ştatının polisi Solt Leyk Siti Beynəlxalq Hava Limanında təyyarənin mühərrik hissəsinə daxil olan şəxsin ölüm səbəbini araşdırır.

Aeroportdan verilən məlumata görə, 30 yaşlı kişi mühafizə olunan əraziyə terminalın ehtiyat çıxışından daxil olub.

Ölən şəxsin hansı səbəbdən təyyarənin mühərrik hissinə daxil olmasının motivi araşdırılır.