ABŞ sirli dronların yeni dalğası ilə üzləşib

ABŞ-ın şimal-şərqi yenidən sirli dronların hədəf mərkəzinə çevrilib. Bizimxeber.az bildirir ki, Federal Aviasiya Administrasiyası tərəfindən müvəqqəti uçuş məhdudiyyətləri aradan qaldırıldıqdan sonra ölkənin şərq sahillərində yeni pilotsuz uçuşlar halları qeydə alınıb. 2024-cü ilin dekabrında Nyu-York, Nyu Cersi və Merilend ştatlarında səmada görünən uçan cisimlər səbəbilə ABŞ-ın Şərq Sahilində çaxnaşma yaranıb. Kəşfiyyat pilotsuz uçan aparatları, gizli PUA-lar və hətta UNO-lar da daxil olmaqla müxtəlif versiyalar səsləndirilib. Araşdırma şirkəti Enigma Labs, NBC nəşrinə görə, noyabr ayından bəri ölkə daxilində 650 pilotsuz təyyarə ilə bağlı insident qeydə alındığını bildirdi. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi ilin sonunda bildirib ki, Amerika səlahiyyətliləri sirli obyektləri kommersiya və həvəskar PUA-ların, təyyarələrin və ulduzların birləşməsi hesab edir. O vurğulayıb ki, Vaşinqton hələlik hər hansı anomaliya və ya bununla bağlı təhdidlər müəyyən etməyib . Lakin dekabrın 16-da məlum olub ki, Amerikanın Ohayodakı hərbi bazasının rəhbərliyi pilotsuz təyyarələrin peyda olması səbəbindən hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.