Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşıb. 

Bu barədə pərakəndə ticarətlə məşğul olan şəxslər məlumat veriblər. Bildirilib ki, siqaretin qiymətində 10 faizə yaxın bahalaşma var. Belə ki, markasından asılı olaraq siqaretin 1 qutusunun qiymətində 20 qəpikdən 50 qəpiyədək bahalaşma müşahidə edilir.

Qeyd edək ki, 1 yanvar tarixindən Vergi Məcəlləsində tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri artırılıb.