Bakıda yeni ilin ilk saatında güclü yanğın - Video+Yenilənib

Bu dəqiqələrdə Bakıda Gəncə prospektində yerləşən Xətai park yaşayış kompleksində güclü yanğın başlayıb.

Yanğın hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanında baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.

Nazirlikdən  bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək

.***

DİN-in mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumunlarının əməkdaşları ilə birgə polis əməkdaşları da əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur.