"Onlar Qocanı sevirlər": Polşa XİN- Lukaşenko ilə zarafat etdi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Belarusda keçirilən prezident seçkilərindən sonra sosial şəbəkə hesabında maraqlı statusu ilə müzakirələrə səbəb olub. Bizmxeber.az bildirir ki, Sikorski  zarafatla belə yazıb: "Belarusluların yalnız 87,6%-i Qocalarını sevir. Qalanları həbsxanalara sığacaqmı?". Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko elan edib ki, vətəndaşlar ölkə prezidentini seçiblər. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sakinlərin 86,82%-i hazırkı ümummilli lider Aleksandr Lukaşenkoya səs verib.