PKK rəhbərlərindən daha biri zərərsizləşdirildi

Türkiyənin xüsusi xidmət orqanları ölkə sərhədlərindən kənarda daha bir terrorçunu məhv edib.

Ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə vilayəti yaxınlığında PKK/KCK terror təşkilatının önəmli şəxslərindən birini zərərsizləşdirib.

Belə ki, sərhəddən 200 kilometr məsafədə yerləşən Pencevin adlanan ərazidə terror təşkilatının rəhbər şəxslərindən olan İslam Cehanferiyə qarşı əməliyyat keçirilib. Nəticədə terrorçu məhv edilib.