Qərb Zelenskini danışıqlara məcbur etməlidir...

Qərb Vladimir Zelenskini danışıqlara qoyulan qadağanı ləğv etməyə məcbur etməlidir. Bizimxeber.az bunu Rusiya prezidenti Vladimir Putin deyib. “Bildiyiniz kimi, Kiyev rəhbəri hələ kifayət qədər legitim dövlət başçısı olanda danışıqları qadağan edən fərman vermişdi, əgər danışıqlar qadağandırsa, indi danışıqları necə bərpa etmək olar?". Onun sözlərinə görə, belə bir qadağanın olması mümkün danışıqların nəticələrini qeyri-legitim edir. Bundan əlavə, Ukrayna rəhbərliyinin özü də hazırda qeyri-legitimdir. Bu vəziyyət hüquqi ziddiyyətlərlə doludur və danışıqların istənilən nəticəsini dəyərdən salacaq.